Böyük Qafqazın bəzi yerlərində yağıntının miqdarı 19 mm-ə qədər olub


Digərləri 22 Noy 2018 10:42:00 242 0

Böyük Qafqazın bəzi yerlərində yağıntının miqdarı 19 mm-ə qədər olub

Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb

Bakı. Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.