Avtomobilinizin cihazlar panelində yanıbsönən işıqlar nəyin xəbərçisidir? SİYAHI FOTO


Digərləri 22 Noy 2018 02:30:00 333 0

Avtomobilinizin cihazlar panelində yanıbsönən işıqlar nəyin xəbərçisidir?  SİYAHI  FOTO

Aparılan tədqiqatlar sübut edib ki, sürücülərin 98%-i cihazlar panelindəki xəbərdarlıq işıqlarının nəyi əks etdirdiyini bilmir.

Son.az "ölkə.az"-a istinadən oxucularına bəzi vacib xəbərdarlıq işıqlarının sürücüyə hansı məlumatı çatdırmaq istədiyi barədə məlumat verəcək.

1. İstilik göstəricisi

Bu xəbərdarlığın yanması mühərrikin həddən artıq isindiyi mənasına gəlir. Mühərriki soyudan maye normadan artıq isinib. Bu zaman avtomobili saxlayın və mühərrikin soyumasını gözləyin. Sonra isə ən yaxında olan servisə sürün.

2. Təkər təzyiqi

Təkərdə təzyiqin azalmasını göstərir. Eyni zamanda təkərə zəncir vurmaq lazım olanda da yanır.

3. Yağ təzyiqi

Mühərrik yağının azalması ilə bağlı xəbərdarlıqdır. Avtomobili belə vəziyyətdə idarə etmək mühərrik üçün çox ziyandır.

4. ESP/ASR sistem xəbərdarlığı

ESP/ASR sistemləri işləyəndə yanıb-sönür. Əgər daim yanırsa, deməli sistemlər ya ləğv edilib, ya da işləmir. Servisə getmək məsləhətdir.

5. ABS əyləc sistemi

ABS işığının daim yanılı qalması sistemin işləmədiyini göstərir. Əyləc ABS-siz də işləyir, bununla belə sistemi təkrar çalışdırmaq üçün ustalara müraciət edin.

6. Sürətlər qutusu xəbərdarlığı

Bu xəbərdarlıq avtomatik sürətlər qutusu olan maşınlara aiddir. Sürətlər qutusunun qolunu hərəkətə keçirmək üçün əyləc pedalına basmaq lazımdır.


Xəbərə aid fotolar