Britaniyanın 102 yaşlı əkiz sakinləri uzunömürlülüyün sirrini açıqlayıblar


Digərləri 21 Noy 2018 23:51:00 259 0

Britaniyanın 102 yaşlı əkiz sakinləri uzunömürlülüyün sirrini açıqlayıblar

Böyük Britaniyanın ən qoca sakinlərindən olan əkiz bacılar - Fillis Cons və İren Kamp 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini bölüşüblər.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "Daily Mail" qəzeti yazır.

Bacılar bildiriblər ki, onlar çoxlu balıq yeyiblər və alkoqollu içkilər qəbul ediblər. Lakin içkinin miqdarı iki badədən artıq olmayıb.

Bununla yanaşı, onllardan heç biri artritdən - oynaq xəstəliyindən əziyyət çəkmir. Bacıların hər ikisində qan təzyiqi normaldır.