Bərabərlik, yoxsa ədalət?


Digərləri 21 Noy 2018 23:39:00 669 0

Bərabərlik, yoxsa ədalət?

Həmişə həm gender, həm də hər mənada olan bərabərliyin nə dərəcədə önəmli olduğunu deyirik. Amma bu, görəsən, doğrudan da, düşündüyümüz kimidir? Mübarizəni bərabər olmaq üçün aparmaq lazımdır? Ancaq bu halda istədiyimizə çatıb inkişaf etmiş cəmiyyət qurmuş olacağıq? 

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "BrightSide"da məqalə yayımlanıb.

Orada göstərilir ki, bu gün dünyada bərabərlikdən çox, ədalətə ehtiyac var. Bərabərlik hər kəsə eyni, ədalət isə uğur qazanmağına vasitə olacaq tərzdə davranır. 

Hər kəsin güclü və zəif tərəfləri var

Aydındır ki, burada artıq bərabərlik pozulur, çünki hər kəsin eyni olmadığı və eyni xüsusiyyətlərə, bacarıqlara malik olmaması aşkar olur. Kiminsə güclü tərəfini öz zəifliyinizlə, eləcə də, zəifliyinizi kiminsə güclü tərəfi ilə müqayisə etməyə dəyməz.

İnsanlar fərqlidir, individualdır. Bu fərqliliklər bizi biz edir. Bu qeyri-bərabərliyə qarşı çıxmaq yox, ədalətlə yanaşmaq lazımdır. Çünki hər kəsin uğurlu olmadığı işlər kimi, tam bacardığı bir sahə, iş də vardır mütləq.

İnsanlara ədalətli davranmaq onlara bərabərhüquqlu davranmaqdan daha vacibdir

İnsanlara bərabərhüquqlu yanaşmaq, heç də bərabər olmayan cəmiyyətdə ədalətsiz görüntünün yaranmasına səbəb olur. Məsələn, xəstə insanla sağlam insanın ehtiyacları tamamilə fərqlidir. Azyaşlı birisi ilə orta yaşlı, ya da ondan, sadəcə, 4-5 yaş böyük birisinə də eyni münasibəti göstərə bilmərik. Daha doğrusu, hər birinə eyni cür yanaşa bilərik, amma bu, düzgün və ədalətli nəticə yaratmayacaq, daha pis vəziyyət ortaya çıxacaq.

Buna görə hər kəsə ancaq ehtiyacı olan yanaşmanı göstərərək, dünyanı daha gözəl yerə çevirə bilərik.

Ən utopik cəmiyyətdə də bərabərliyə çatmaq mümkün deyil