Azərbaycan latviyalı turistlərin gözü ilə FOTO


Digərləri 21 Noy 2018 23:09:00 245 0

Azərbaycan latviyalı turistlərin gözü ilə  FOTO

"Yayda Azərbaycan Avropa İttifaqında özünün Ticarət Evini açdığı ilk şəhər qismində Riqanı seçib. Bununla da Azərbaycan təkcə biznes və investisiya sahələrində deyil, həm də turizm sahəsində Latviyaya yaxınlaşmaq cəhdini aydın ifadə edib". "Jauns.Iv" portalında yerləşdirilən Azərbaycanın turizm potensialı barədə məqalə bu sözlərlə başlayır. Populyar xəbərlər portalının jurnalistləri ölkəmizə səfər edərək, latviyalı turistlər üçün material hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən həmin məqalədən parçaları təqdim edir.

Dünyada ilk neft quyusu 1846-cı ildə Bakıda qazılıb...

Dünya neft bumunun əvvəlində Bakı təkcə Nobel qardaşlarını deyil, qüdrətli Rotşildləri də cəlb edib...

İkinci Dünya müharibəsi dövründə Bakı neftə görə xüsusi şəhər olub. Hitler Bakının ona "sağlam" lazım olduğunu bildirərək, şəhəri bombalamağa qoymayıb...

SSRİ-nin tərkibində neft sənayesinə görə Azərbaycanda turizm infrastrukturu qonşu ölkələrdəki kimi qurulmayıb və inkişaf etdirilməyib. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bakını sovet arxitekturalı şəhər adlandırmaq olmaz...

Yerli sakinlər fəxrlə vurğulayırlar ki, Bakıda Venesiya, Monako, Berlin və başqa şəhərlərin bir parçasını tapmaq olar.

Bu gün Bakıda turizm sahəsində "Four Seasons", "Hilton", "Marriott", "Fairmont" kimi nəhənglər fəaliyyət göstərir. 2014-cü ildə dünyada ən yaxşı dizayna görə arxitektura mükafatına layiq görülmüş Heydər Əliyev Mərkəzinin binası da turistləri Bakıya cəlb edir. Bu mərkəzin tikinti prosesi bütünlüklə "Discovery" kanalında nümayiş etdirilib. Təkcə arxitektura möcüzəsi sayıldığına görə Heydər Əliyev Mərkəzinə getməyə dəyər. Burada müxtəlif sərgilər, konfranslar və yüksək səviyyədə görüşlər keçirilir. Bakıda Ginnesin Rekordlar Kitabına daxil edilmiş Miniatür Kitab Muzeyi, Qafqazda ən böyük Olimpiya Stadionu da diqqətəlayiqdir.


Xəbərə aid fotolar