Tarixin gedişatını dəyişəcək kəşf Nuhun gəmisinin qalıqları İranda tapıldı FOTO


Digərləri 21 Noy 2018 22:32:00 319 0

Tarixin gedişatını dəyişəcək kəşf  Nuhun gəmisinin qalıqları İranda tapıldı  FOTO

İranın "Bible Archaeology, Search & Exploration Institute" İncil araşdırmaları və arxeologiya institutu yeni açıqlama verib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, açıqlamaya əsasən, Nuh Peyğəmbərin gəmisinin qalıqlarının tapıldığı ehtimal edilir.

Daşlaşmış qədim taxta parçaları Təxti Süleyman dağında tapılıb. Dağ İranın şimali-qərbində, Tekab şəhəri yaxınlığındadır.

Nuh Peyğəmbərin gəmisinin axtarışları İncil tədqiqatçılarının ən məşhur mövzularından biridir. Gəmi Nuh tərəfindən Tanrının əmri ilə ailəsi və dünyadakı canlılar üçün inşa edilib. Subasma zamanı Nuh və ailəsi xilas olur və sonra isə planeti insanlar və heyvanlarla təmin edir.

İncilə əsasən, Nuhun gəmisi Türkiyə ərazisindəki Ağrı dağına dəyib və dayanıb. Ağrı dağda bir neçə dəfə gəminin qalıqlarının tapılması barədə xəbərlər çıxsa da, dəqiq sübutlar əldə edilməyib. Bir neçə gün əvvəl isə, sözügedən institutun çəkdiyi fotolar internetə sızıb.


Xəbərə aid fotolar