"Bənövşəyi körpələr: Əlimi buraxmayın..." Həkim yazısı


Digərləri 21 Noy 2018 22:23:00 292 0

"Bənövşəyi körpələr: Əlimi buraxmayın..."  Həkim yazısı

Son.az medicina.az-a istinadən K.Fərəcova adına ETPİ-nin həkimi, Oksigen klinikası, neanatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının yazısını təqdim edir.

17 noyabr - Hər 1000 qram və daha da kiçik körpənin Albert Eynşteyn, Mark Tven, Volter olacağına inandığımız gündür

Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur. Hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş olaraq qəbul edilir. Bu baxımdan Azərbaycanda da 2015-ci il yanvar ayından diri doğulma meyarları dəyişib. 23-cü həftədə doğulmuş körpələrə sağ qalma şansı verilərək, müvafiq tibbi müdaxilələr olunur, yaşaması zəminində addımlar atılır. Doğulmuş hər hansı körpənin ana bətnində olduğu müddət nə qədər az olarsa onun, həyata sağlam və cəmiyyətə faydalı fərd olaraq verilməsi, nəinki müasir, inkişaf etmiş səhiyyə sistemi ilə ayaqlaşan texnologiyanın, avadanlıqların olmasından və ixtisaslaşmış neonatoloqların, körpələrə qulluq edən tibb bacılarının işinin keyfiyyətindən asılıdır. Hətta nevroloji, oftolmoloji, kardioloji, reabilitoloji və bir sıra digər sahənin həkimlərinin vaxtında, vəziyyətə adekvat yanaşmasından asılıdır. Eyni zamanda ailənin psixoloji vəziyyətinin, ananın öz sağlamlığını qorumasının körpə sağlamlığı ilə birmənalı olaraq ciddi bağlılığının əhəmiyyətli vacib məsələ olduğunu təlqin etmək, təbii ki, biz neonatologların üzərinə düşür. Yaxın 10 -15 il əvvəllə müqayisə edərək, işimizə inam formalaşdırmaq mühümdür .Təəssüflə qeyd etməliyik ki, 28-ci həftədən kiçik hamiləlik müddətində doğulmuşların 25-30%-ə qədəri həyatda qalmır. Həyatda qalanların bir qisminə isə hətta ciddi reabilitasiya tələb olunsa da doğulmuş, hər az çəkili körpənin Albert Eynşteyn, Mark Tven, Volter olmayacağı hardan bəllidir ki, deyib özümüz bu dahi insanları hər 1000 qramlıq körpələrdə görməyi arzulasaq və bütün ətrafa bu şəkildə yanaşma aşılasaq, bu artıq vaxtından əvvəl doğulmuşun fərqinə varılması, diqqətə alınması baxımından görülmüş əhəmiyyətli bir iş olacaq.


Xəbərə aid foto