Bakıda 38 yaşlı kişi itkin düşdü


Digərləri 21 Noy 2018 21:50:00 204 0

Bakıda 38 yaşlı kişi itkin düşdü

Bakıda daha bir nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib.

Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son.az