Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir


Digərləri 21 Noy 2018 21:23:29 315 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bir çox məşhur mahnının müəllifi, bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına həsr olunub. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Konsertdə bəstəkarın mahnılarını xalq artistləri Nəzakət Teymurova - “Könül açdım”, Gülyaz Məmmədova - “Gecələr”, Gülyanaq Məmmədova - “Gözüm yandırar səni”, əməkdar artist Zakir Əliyev - “Təki sən səslə məni”, Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz - “Şirin yuxu olaydın”, Kamilə Nəbiyeva - “Gözəlim” ifa etdilər. İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi. Konsertin son nömrəsi olan “Heç küsməyin yeridirmi” mahnısı Almaz Orucova, Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın ifasında səsləndi.