Erməni xalqından Nikola şok müraciət: "Bakının 5ci kolonu..."


Dünya 21 Noy 2018 21:04:00 248 0

Erməni xalqından Nikola şok müraciət: "Bakının 5ci kolonu..."

Ermənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər.

Məktubda bildirilib:

"Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışırlar. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq, təhlükəsiz yerdə oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz".

Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər:

"Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də bunun üçün yolları sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz.