Yaxta kapitanı: Su soyuq idi,


Digərləri 21 Noy 2018 20:28:00 274 0

Yaxta kapitanı: Su soyuq idi,

Gəmi kapitanı olmaq çox çətindir, xüsusən də əgər sən qadınsansa...

Son.az bildirir ki, oxu.az yaxta kapitanları arasında yeganə, gözəl, cazibədar qadın olan Tatyana Srebnaya haqqında reportaj hazırlayıb. 

Dalğalar və külək onun taleyidir

Tatyana Srebnaya yelkənli qayıq idmanı üzrə Xəzər Dəniz Gəmiçiliyi yanında "Xəzər" idman klubunun məşqçisi, Azərbaycan Dövlət Dəniz Akademiyasının Bədən tərbiyəsi kafedrasının müdiri, bu idman növündə keçirilən respublika və beynəlxalq yarışların qalibi olan qadındır. 

O, akademiyada tələbələrə küləyi ram etməyi və dalğalarla manevrləri öyrədir. Açıq sularda praktiki məşğələlər tədris proqramının vacib hissəsidir. 

Sükan arxasındakı qadın... Onu çoxsaylı yaxtalar arasında seçmək asandır. 

"Bütün həyatım dənizlə bağlıdır. Atam da dənizçi olub. Mən dənizin sahilində yerləşən Bakıda doğulmuşam. Bulvarın yaxınlığında yaşayırdıq. Həyat yoldaşımla dənizdə tanış olmuşam. Bir sözlə, həyatımı Xəzərsiz təsəvvür edə bilmərəm", - müsahibimiz yaxtanın ağır kanatlarının düyününü açaraq, söhbətə başlayır.

Biz açıq dənizə çıxdıq

"Bax, bu, mənim taleyimdir. Bu, qeyri-adidir. Hamı mənə deyir ki, dənizdə depressiya və ağrını məhv edən sehrli enerji var. Yaxın insanımı itirdiyim dövr olub. Güclü küləyə baxmayaraq, mən həmin günü dənizə çıxdım. Hiss etdim ki, dəniz bütün mənfi enerjimi özünə çəkir. Qayıdanda bir az yaxşı idim. Bunu tək mən demirəm, digər dənizçilərdən də soruşa bilərsiniz. Bu sularda başa düşülməyən və özündə hiss edə bilməyəcəyin nəsə var", - kapitan bildirib. 

Müsahibəyə qədər bizə məlum idi ki, T.Srebnaya Sevastopolda keçirilən Sovetlər Birliyi donanmalarının idmançıları arasında keçirilən müsabiqədə Azərbaycanı təmsil edən yeganə qadın olub.

Ondan bunun haqqında soruşmaq qərarına gəldik. 

"Xatırlamağı sevmirəm. Karyerama yenicə başladığım vaxtlarda dəniz mənimlə qəddar zarafat etmək qərarına gəlib. Yarış zamanı qayığım çevrilib. Su soyuq idi, bədənim isə donurdu. Çevrilmiş qayığın üzərinə çıxmaq istəyirsən və yenidən sürüşüb suya düşürsən", - Tatyana deyib. 

O zaman qadını xilas etmək mümkün olub. Çoxları bundan sonra təslim olardı, ancaq qəhrəmanımız yolundan dönməyib. 

Bir il sonra həmin turnirdə azərbaycanlı idmançı qızıl medalın sahibi olub. 


Xəbərə aid fotolar