Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb


Digərləri 21 Noy 2018 20:14:00 270 0

Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb

Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 10:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar