“Bir sözünlə xoşbəxtliyimi də qurban verərəm”


Şou-biznes 21 Noy 2018 20:20:00 262 0

“Bir sözünlə xoşbəxtliyimi də qurban verərəm”

Əməkdar artist Mehriban Xanlarova anası ilə fotosunu yayımlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəkli İnstaqram hesabında yerləşdirib. M.Xanlarova paylaşımına bu sözləri yazıb:

"Sən mənim nəfəsim, başımın tacısan. Gözəl, qayğıkeş, mərhəmətli, nur üzlü anam. Məni hamıdan çox tanıyan, hamıdan çox bilənsən. Məni, öpüb qucaqladığın an dərdlərimi yox edən tək varlıqsan. Səbrli, həssas, qoruyucu mələyimsən. Səni hamıdan, hər şeydən çox istəyirəm. Bu dünyada mənim anam olmağın məni ən şanslı övlada çevirir. Beynimdəki qəlbimdəki ən isti, ən mənalı və mənə ən yaxın sözdür ana. Bu həyatda mənim üçün birinci Allah, ikinci sənsən.