Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb (FOTO)


Digərləri 21 Noy 2018 19:56:00 256 0

Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb (FOTO)

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib.

Bakı. Sumqayıt Texnologiyalar Parkının ərazisində 7 top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 10:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.