Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi


Digərləri 21 Noy 2018 18:08:00 316 0

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov mərkəzin direktor müavini təyin edilib.

Son.az xəbər verir ki, bu barədə report-a KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.