Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir


Digərləri 21 Noy 2018 17:56:00 236 0

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.

Son.az Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilir.

Dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.