Gürcüstan hökuməti prezident seçkilərində YENİLİK ETDİ


Dünya 21 Noy 2018 17:04:00 264 0

Gürcüstan hökuməti prezident seçkilərində YENİLİK ETDİ

Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turunda inzibati resurslardan istifadəyə yol verilməməsi ilə bağlı qərar qəbul edib.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin Administrasiyası məlumat yayıb.

Qərar seçkilərin dinc, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədi İlə qəbul olunub.

Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı bir siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə qadağan olunub. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsi namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplamaq və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara, iş vaxtı və ya xidməti vəzifələrini yerinə yetirən zaman seçkiöncəsi təbliğat apara bilməz.