Azərbaycanda 10 mindən çox işçi səsküylü,


Digərləri 21 Noy 2018 16:55:00 266 0

Azərbaycanda 10 mindən çox işçi səsküylü,

Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158, 2017-cı ildə isə 21 042 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.

2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 517 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.

2017-cı ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.