Bakıda marşrut avtobusu qəza törətdi, 3 nəfər xəstəxanaya yerləşdirildi


Digərləri 21 Noy 2018 15:47:00 201 0

Bakıda marşrut avtobusu qəza törətdi, 3 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Bakı. Samir Əli - Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib. Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "DAEWO" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.