Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoruna qarşı baş vermiş zorakılıqla bağlı məlumat yaydı


Digərləri 21 Noy 2018 14:36:00 319 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoruna qarşı baş vermiş zorakılıqla bağlı məlumat yaydı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.

Son.az xəbər verir ki, İdarədən Trend-ə daxil olan məlumatda deyilir ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.