Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib (FOTO)


Digərləri 21 Noy 2018 12:14:18 323 0

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib (FOTO)

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Bakı. Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar. Natiqlər son vaxtlar beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında qazanılan uğurlarda cüdoçularımızın xüsusi payı olduğunu qeyd ediblər. Dövlət himni səsləndirildikdən sonra respublika çempionatı açıq elan olunub.