Elnarə özündən çıxdı: “Baxıb əsəbiləşirəm”


Şou-biznes 21 Noy 2018 09:14:00 293 0

Elnarə özündən çıxdı: “Baxıb əsəbiləşirəm”

Müğənni Elnarə Xəlilova beş ildir ki yerli telekanallara baxmadığını deyib.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən sənətçi bunu televiziyalarda nümayiş olunan verilişlərin səviyyəsinin aşağı olması ilə izah edib:

"Beş ildir yerli telekanallara baxmıram. Çünki baxıb əsəbiləşirəm. Bayağı hərəkətlər məgər birdir, ikidirmi ki sadalayım. Hansı birini deyim? Özümə də sual verirlər ki, niyə efirlərə çıxmırsız? Soruşuram hansı efirə? Barmağını qatla ki, filan tutarlı verilişə çıx. Yoxdur axı elə bir efir. Mənə o efiri tapmaq çox çətindir. Əslində, o aparıcıları və orada qonaq olan müğənniləri də qınamıram, çünki onları o vəziyyətə salanlar var.