Tatlısəsi sağaldan azərbaycanlı xanım həkim HƏR ŞEYİ AÇDI: "Onunla tanış olanda..." MÜSAHİBƏ


Digərləri 21 Noy 2018 07:21:00 389 0

Tatlısəsi sağaldan azərbaycanlı xanım həkim HƏR ŞEYİ AÇDI: "Onunla tanış olanda..."  MÜSAHİBƏ

Məşhur müğənni İbrahim Tatlısəsə loqopedik dərslər verən azərbaycanlı doktor Esmira Kazımova Publika.az-a müsahibə verib.

Esmira Kazımova müsahibəsində Tatlısəslə tanışlığından və onunla keçirdiyi günlərdən söz açıb.

Son.az həmin müsahibəni təqdim edir:

- Esmira xanım, özünüzü oxucularımıza təqdim edin...

- Esmira Kazımova, 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Defektologiya Fakültəsini bitimişəm. 2016-cı ildə Saratov Dövlət Universitetinin Loqopediya Fakültəsində magistr təhsili almışam.

Hazırda 11 saylı xüsusi-yardımçı məktəbin müəllimə defektoloq-loqopedi, "Nitq inkişaf mərkəzi"nin rəhbəri və "Autizm" qəzetinin baş redaktoruyam. Hazırda analıq məzuniyyətindəyəm. Bununla yanaşı, Türkiyə Disleksiya Vəqfində çalışıram. Eyni zamanda, İzmir Nartane Reabilitasiya Özəl Mərkəzinin məsləhətçisiyəm.

- Neçə müddətdir Türkiyədə fəaliyyətdəsiniz?

- 2015-ci ildən Türkiyə Disleksiya Vəqfi quruculuğunda çalışıram. Ara-sıra seminarlarda iştirak edirəm. Oğlum burada təhsil alır. Ona görə də hələ ki burada yaşayırıq. Qızım da burada dünyaya gəlib. Hələ ki, Türkiyədə yaşamaq üçün 3 il vaxtımız var.

- Məşhur müğənni İbrahim Tatlısəsə loqopedik dərslər vermək xəbəriniz xeyli diqqət çəkdi. Onunla tanışlığınız necə baş tutdu?

- İbrahim bəylə ortaq tanışımız var idi. Onun vasitəsilə müğənninin İzmirdəki restoranına getmişdim. Loqoped olduğumu biləndə mənimlə yaxından maraqlandı. Onunla tanış olanda qızıma hamilə idim. Buna görə də həmin vaxt ona loqopedik dərslər vermək təklifini qəbul edə bilmədim. Daha sonra mənə şəxsən zəng etdi. Məni araşdırmışdı. Təklifini məmnuniyyətlə qəbul etdim.

Daha sonra evinə getdim. Məni çox gözəl qarşıladı. Müayinə etdim, problemlərini soruşdum. İlk başda terapiyasının çox uzun çəkəcəyini düşünürdüm. Lakin İbrahim bəyin əzmkarlığı, çalışqanlığı sayəsində bu işin öhdəsindən cəmi bir aya gəldik. Kaprizli bir insan deyil, ona verilən tapşırıqları olduğu kimi yerinə yetirirdi. Gözlədiyimdən də artıq, mükəmməl insandır. Bizim tanıdığımız imperator deyildi, lakin özünü imperator kimi aparırdı. Mədəni, mərifətli insandır. İşimiz bitdikdən sonra yoxlanış üçün arada zəng edirəm.

- Dərsləriniz hansı aralıqda baş tuturdu?

- Başlanğıcda səhər və axşam olmaqla, beş gün ardıcıl getdim. Daha sonra həftədə üç dəfə iki saat, bir saat yarım olmaqla dərslərimiz oldu. Dil masajı etdik, loqopedik dərslər keçdik.