Düşmənə qarşı da insaflı olmalı


Digərləri 20 Noy 2018 22:40:00 273 0

Düşmənə qarşı da insaflı olmalı

Ustad Qiraəti "Bəqərə" surəsini təfsir edən zaman düşmənlərə qarşı insaflı olmaq mövzusuna toxunmuşdur. Belə ki, Quran ayəsi buyurur: "(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) - Tövrat və İncilin onu kamil tanıtdırması əsasında)öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir". ("Bəqərə" 146).

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bu həqiqətə dəfələrlə işarə etmişdir ki, kitab əhli baxmayaraq ki, Tövrat və İncildə Həzrət Muhəmmədin (s) nübuvvət xəbərini biliblər - onu inkar etmiş və yalandan o haqda məlumatları olmaqdıqlarını bildirmişdilər.

Qurani-Kərimin başqa yerində buyurulurr: "Muhəmməd (s) - Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən.

Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu, onların (Musanın) Tövrat(ın)dakı vəsfidir.