AMEAda 500ə yaxın magistr və doktorantın yataqxanada yerləşdirməyə ehtiyacı var


Digərləri 20 Noy 2018 22:08:00 293 0

AMEAda 500ə yaxın magistr və doktorantın yataqxanada yerləşdirməyə ehtiyacı var

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var.

Son.az bildirir ki, bunu akademiyadan Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.

Yataqxanadakı otaqlar boşaldıqdan sonra orada subay magistr və doktorantların yaşayış yeri ilə təmin olunması üçün zəruri şərait yaradılacaq, daha sonra magistr və doktorantlar oraya köçürüləcək.