AMEA-da 500-ə yaxın magistr və doktorantın yataqxanada yerləşdirməyə ehtiyacı var


Digərləri 20 Noy 2018 22:00:00 233 0

AMEA-da 500-ə yaxın magistr və doktorantın yataqxanada yerləşdirməyə ehtiyacı var

Yataqxanada məskunlaşacaq şəxslər yalnız kommunal xidmətlərin ödənişini həyata keçirəcəklər.

Bakı. İlhamə İsabalayeva - Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var. Bunu akademiyadan Trend-in sorğusuna cavab olaraq bildiriblər. Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.