Az su içmək ziyanldır, çox su içmək ölümcüldür


Digərləri 20 Noy 2018 21:05:00 346 0

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.

Mütəxəssislər suyun kifayət qədər içməyinin vacibliyini daim vurğulayırlar. Lakin bəzən insanlar fikirləşir ki, suyu nə qədər çox içsən, bir o qədər faydalıdır. Bu çox təhlükəli yanılmadır. Suyun həddindən artıq istehlakı da təhlkəli ola bilər və orqanizmə ciddi ziyan vura bilər.

Business Insider nəşrində dərc olunmuş məqalədər qeyd olunur ki, insan gün ərzində 3 l qədər su içə bilər. Təbii ki, bu insanın bədən çəkisindən, havadan, fiziki gərginliyin intensivliyindən və s. bir çox amillərdən asılıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, böyrəklərimiz müəyyən rejimdə işləyir və qısa müddət ərzində çoxlu su içmək onlar üçün ziyanlıdır. Belə ki, mütəxəssislər vurğulayır ki, insan 1 saat ərzində 800 ml - 1 l-dan çox su içərsə, bu böyrəklərə ciddi ziyan vura bilər.