Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur


Dünya 20 Noy 2018 19:10:00 288 0

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Rusiya Daxili İşlər Nazirliyi (DİN) əcnəbilərə ölkə ərazisində yaşayıb çalışmaq icazəsi verən yaşayış möhlətinin müddətini qeyri-müəyyən olaraq artırmağı təklif edir.

Son.az bildirir ki, report TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin iclasında DİN-nin Baş Miqrasiya İdarəsinin rəis müavini Valentina Kazakova bildirib.

Bununla yanaşı, Rusiya ali və orta ixtisas təhsil müəssisələrinin əcnəbi məzunlarına müvəqqəti yaşayış icazəsi verilməsini sadələşdirmək də təklif olunub.