Ali Məhkəmə hədəqorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistin cəzasını azaldıb


Digərləri 20 Noy 2018 18:10:00 252 0

Ali Məhkəmə hədəqorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistin cəzasını azaldıb

Bu gün Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almada təqsirləndirilən jurnalist Elçin İsmayıllının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.İsmayıllının ittiham olunduğu üç maddədən ikisinə - Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittihamlara xitam verilib. Onun üzərində 182-ci (hədə-qorxu ilə tələb etmə) maddə saxlanılıb və E.İsmayıllıya 7 il cəza təyin edilib.

Qeyd edək ki, E.İsmayıllı 2017-ci ilin fevral ayının 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunub.