Pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları 2 dəfə artırılır


Digərləri 20 Noy 2018 17:45:00 291 0

Pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları 2 dəfə artırılır

Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər.

Son.az xəbərverir ki, report bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.

Təklif olunan dəyişikliyə əsasən pul vəsaitinin 1 000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1 000 manatdan çox olan hissəsinin 10%-i (hazırda 5%-), il ərzində belə hala təkrar yol verdikdə 1 000 manatdan çox olan hissəsinin 20%-i (hazırda 10%-i) miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.