"3 aydır maaşımı vermir"


Digərləri 20 Noy 2018 16:08:00 300 0

"3 aydır maaşımı vermir"

Türkiyəli modelyer Hakan Akkaya haqda maraqlı iddia yayılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, modelyerin sürücüsü Emre Öztürk 3 aydır maaş almadığını deyib:

"Avqust ayında yanında sürücü kimi işə başladım. Onunla ilk dəfə görüşəndə mənə əvvəlki bütün sürücülərinin axmaq olduğunu dedi. 3500 maaşla razılaşdıq.

İşə başladığım gündən ancaq gecələr işləyirəm. Hər gün saat 10-da evinə gedirdim, oyanmağını gözləyirdim. Bir gün 24 dəfə zəng etdim. Telefonu açdı "Gedə bilərsən" dedi.