Xəzər suitiləri yox olub?


Digərləri 20 Noy 2018 15:24:00 287 0

Xəzər suitiləri yox olub?

Siz nə vaxtsa Xəzər suitisi görmüsünüz? Canlı demirəm, heç olmasa şəklini? Yumru qara gözləri, "bığlı təbəssümü" və quruda olarkən yöndəmsiz hərəkətləri ilə Xəzər suitilərinin özünəməxsus cazibəsi var.

Son zamanlar mətbuatda bu canlıların tamamilə nəslinin tükəndiyi yazılır.

Doğrudanmı, Xəzər suitilərinin nəsli artıq tükənib? Adları "Qırmızı kitab"a salınmış bu canlıları niyə xilas etmək mümkün olmadı? Onların yox olmasının səbəbi nədir?

Son.az xəbər verir ki, bu suallarla oxu.az-ın müxbiri Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayevə müraciət edib.

İslam Mustafayevin dediyinə görə, Xəzər suitisinin yaşam arealı Xəzər hövzəsi ilə bağlı olub.

"Qışda, yazın əvvəllərində və payızın sonunda Xəzər suitiləri dənizin şimal hissəsinə miqrasiya edir, payızda Volqa və Ural çayları vasitəsilə Volqoqrada qədər üzür, yazda cənuba gəlirdilər. Onlar həmişə sürü halında hərəkət edirdilər".