Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır


Digərləri 20 Noy 2018 14:54:00 209 0

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır

Azərbaycan hökuməti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW Committee) təqdim ediləcək 6-cı dövri hesabatı hazırlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 6-cı dövri hesabatın hazırlanması məqsədilə aidiyyəti hökumət qurumlarının gender məsələləri üzrə məsul nümayəndələrinə 2 günlük bacarıqların artırılması məqsədilə keçirilən təlimdə məlumat verib.

A.Sofiyeva qeyd edib ki, Azərbaycan hökuməti 6-ci dövri hesabatı 2019-cu ilin mart ayında təqdim edəcək.

Komitə rəsmisi Azərbaycan hökumətinin qadın hüquqlarının müdafiəsinə və bərabər imkanların yaradılmasına böyük önəm verdiyini qeyd edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Konvensiyanın" prinsiplərinə qadınların hüquqlarının qorunması naminə riayət edilməsinin vacibliyini qeyd edib.