Torpaq sürüşdü, qatar relsdən çıxdı Ölən var,


Dünya 20 Noy 2018 13:20:00 228 0

Torpaq sürüşdü, qatar relsdən çıxdı  Ölən var,

İspaniyanın Barselona şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə Barselona yaxınlığındakı Vakarisses qəsəbəsində qeydə alınıb.

Qəzaya bir neçə gündür ki, davam edən şiddətli yağıntının yol açdığı torpaq sürüşməsi səbəb olub.

XXX

Qəzası nəticəsində xəsarət alanların sayı 40 nəfərədək artıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Fövqəladə Hallar Xidmətindən bildirilib.