Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ


Digərləri 20 Noy 2018 12:12:00 177 0

Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ

Tanınmış müğənni və aktyor Novruz Novruzlu ötən gecə vəfat edib.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar. 

Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.