PAŞA Bank büdcə ödənişlərini qəbul edən yeni əməliyyat platformasını istismara verdi


Digərləri 20 Noy 2018 11:48:30 232 0

PAŞA Bank büdcə ödənişlərini qəbul edən yeni əməliyyat platformasını istismara verdi

Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank dövlət orqanlarının göstərdiyi xidmət ödəniş kanallarını təmin edən yeni əməliyyat platformasını istismara verib.

Bakı. Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank dövlət orqanlarının göstərdiyi xidmət ödəniş kanallarını təmin edən yeni əməliyyat platformasını istismara verib. Bu vasitə ilə PAŞA Bank korporativ müştəriləri üçün ödəniş terminalları və internet-platformaları vasitəsilə (vergi, cərimə, rüsumlar və s. səpkidə) müxtəlif büdcə ödənişlərini həyata keçirmək imkanını yaradır. Yeni əməliyyat platforması çoxfunksiyalı “ASAN Pay” sisteminə bağlı rejimdə fəaliyyət göstərir.