Feyxoadan dərman kimi istifadə edin


Digərləri 20 Noy 2018 08:58:00 268 0

Feyxoadan dərman kimi istifadə edin

Feyxoanın xeyirli meyvə olduğunu hamımız bilirik. Bəs, onun dərman kimi istifadə olunduğunu necə, bilirsinizmi?

Son.az axşam.az-a istinadən bu haqda məlumat verir: - Yod çatışamazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın qəbulu xüsusilə xeyirlidir. Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır.

- Feyxoanın ətində və xüsusilə də qabıqlarında "katexin" və "antosinlər" fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.

- Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir . Bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.

- Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.

- Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.