Yasamalda bina evində yanğın baş verib


Digərləri 20 Noy 2018 08:43:00 222 0

Yasamalda bina evində yanğın baş verib

Bakı şəhərinin Yasamal rayonunda bina evində yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavan və əşyalar 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.