Bakıda yük avtomobili və “Daewoo” toqquşdu: 1 qadın ölüb


Digərləri 20 Noy 2018 08:18:00 200 0

Bakıda yük avtomobili və “Daewoo” toqquşdu: 1 qadın ölüb

Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və "Daewoo" markalı minik avtomobili toqquşub.

Son.az FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Bundan əvvəl Siyəzəndə yük və minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb.