Günün qoroskopu: Səmimi, qayğıkeş olmağa çalışın


Digərləri 20 Noy 2018 00:01:00 300 0

Günün qoroskopu: Səmimi, qayğıkeş olmağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısını informasiya və sənədlərlə işə həsr edin. Enerjili, zəhmətkeş olun. Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qısamüddətli səfərlər alınacaq.

Yaradıcılıqla məşğul olursunuzusa, irəliləyişə nail ola bilərsiniz.

Günün ikinci yarısında problemləri yeni, qeyri-standart yollarla həll etməyə çalışın.

Əvvəlcədən hazırladığınız bəzi planlardan imtina edin. Əhvalınız dəyişə bilər. Ailə üzvlərinizin yardımlarınıza ehtiyacı var. Yaşlı qohumlara diqqət yetirin.

Buğa - sakit və rəvan situasiyadır. Səhər saatlarına planları reallaşdırmaqla başlayın. Adi, rutin işləri təxirə salmayın. Bu işlər sizə yorucu və usandırıcı təsir bağışlamasın. Bir müddət əvvəl verdiyiniz öhdəlikləri yerinə yetirəndə özünüzü rahat hiss edəcəksiniz.

Günün ikinci yarısında aktiv ünsiyyəti bir qədər azaldın. Dəvət aldığınız bütün tədbirlərə qatılmağa tələsməyin. Özünüzü yorğun hiss edə bilərsiniz.

Axşam saatlarında ailə münasibətlərində problemlər yarana bilər. Məişət qayğıları artacaq. Yaşlı qohumlar sizdən vədlərin yerinə yetirilməsini tələb edəcəklər. Onlar qayğı istəyirlər.

Əkizlər - Günün ilk yarısını şəxsi münasibətlərdəki problemlərin həllinə həsr edin. Maddi rifahınızın qeydinə qalın. Son hadisələri təhlil edin. Gəldiyiniz nəticələri etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.

Alış-veriş uğurlu olacaq. Aldığınız əşyalar uzun müddət xidmət edəcək.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Axşam saatlarında ciddi istirahətə ehtiyacınız var.

Çətin vəziyyətə düşməyiniz istisna deyin. Qayğılarınızı yaxınlarınız bölüşəcəklər. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.  

Xərçəng - planlaşdırdığınız işlərin öhdəsindən gələ bilərsiniz. Planlarınızı gün ərzində kəskin şəkildə dəyişməyin. Münaqişə və ya qarşıdurmanın çözülməsi üçün sizə müraciət olunacaq. İnşaat və memarlıq sahələrində çalışanlar üçün daha əlverişli zamandır.

Günün ikinci yarısında sürprizlər olacaq. Yeni şərait sizdən dəyişikliklər tələb edir. Situasiya əlverişlidir. Əsas məsələ soyuqqanlı və təmkinli davranaraq tələsik addımlar atmamaqdır.

Şir - gün ərzində pozitiv davranmağa çalışın. Nələrin baş verməsindən asılı olmayaraq ifrat bədbinliyə qapılmayın. İstənilən situsiyada maraqlarınızı təmin edərək mənfəət əldə edə bilərsiniz. Əyləncə və istirahəti bir qədər təxirə salın.

Günün ikinci yarısında yaxınlarınız sizi təkbaşına, müstəqil çalışmaq istəyinizi anlamayacaqlar. Dəyər verdiyiniz insana ifrat dərəcədə hamilik etməyin. Yalnız kömək istəyən şəxsə yardım edin.

Qız - mənasız xəyallara dalmayın, səhvlərinizi sürəkli saf-çürük etməyin. Sağlam məntiqi, rasional düşünməyi unutmayın. Cari problemlərin həllində soyuqqanlı olun. Çətinliklərdən çıxış yaradıcı variantların seçilməsi ilə müşayiət olunmalıdır.

Günün ikinci yarısında yaxınlarınız üçün kiçik bayram düzəldə bilərsiniz. Səbəb olmasa belə, fərq etməz. Sevdiyiniz insanla sürəkli təmaslarda olun. Axşam saatlarını romantik şəraitdə keçirmək olar.