Qatığa bu ədviyyatları əlavə edin Təbii şəfa mənbəyi


Digərləri 19 Noy 2018 23:21:00 294 0

Qatığa bu ədviyyatları əlavə edin  Təbii şəfa mənbəyi

Payız və qız fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır.

Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır.

Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir.

Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər. Son.az saglamolun.az-a istinadən bildirir ki, faydalı içkilərin reseptlərini təqdim edir.  

Qatıq + razyana

İltihabı azaldır, köpü aradan qaldırır, şişkinliyi azaldır, üz dərisinə müsbət təsiri var, sakitləşdirir.

Qatıq + mixək

Güclü antiseptik xüsusiyyəti var, yuxusuzluq və sinir gərginliyi zamanı kömək edir.

Qatıq + sarıkök