Burnunuz axanda bunları etməyin!


Digərləri 19 Noy 2018 23:15:00 256 0

Burnunuz axanda bunları etməyin!

Zökəm (rinit) soyuqdəymə və qrippin ən birinci əmələ gələn simptomlarındandır.

Zökəmin müalicəsi zamanı etdiyimiz bəzi səhvlər müxtəlif ağırlaşmalara yol aça bilər.

Son.az saglamolun.az-a istinadən zökəmin müalicəsi ilə bağlı olan vacib məlumatları təqdim edir:

1. Damardaraldıcı burun damcılarından uzun müddət ərzində istifadə etmək olmaz!

Bu damcılar 5 gündən çox istifadə olunmamalıdır. Əks halda bu yerli immunitetin pozulmasına, iybilmənin azalmasına, burun damcılara öyrəşməsinə səbəb ola bilər.

2. Zökəmi müalicə etmək lazımdır!

Bəzən insanlar zökəmi müalicə etmir. Lakin bu da səhvdir. Müalicə olunmadıqda zökəm sinusitlər, haymorit kimi ağırlaşmaların inkişafına səbəb ola bilər.

3. Xalq təbabəti vasitələr ziyan vura bilər!

Mütəxəssislər zökəm zamanı soğan şirəsi və s. bu kimi yandırıcı vasitələrdən istifadə etməməyə çağırır. Bu vasitələr burunun selikli qişasını yandırır, iybilmə reseptorlarına ziyan vurur, burunun faydalı mikroflorasını öldürür.