İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq


Digərləri 19 Noy 2018 21:15:00 252 0

İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq

İspaniya hökuməti dizel və benzin mühərriki ilə işləyən, atmosferə karbon qazı buraxan minik avtomobillərinin satışını və qeydiyyatını 2040-cı il üçün qadağan etmək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə tədbirlər partiyaların tanış olması üçün hökumətin təqdim etdiyi iqlim dəyişmələri və ekoloji keçid barədə qanun layihəsində nəzərdə tutulub. Hakimiyyət orqanları bu qanun layihəsinin 2018-ci ilin sonu üçün parlamentdə nəzərdən keçirilməsinə ümid bəsləyirlər.

Son məqsəd bundan ibarətdir ki, 2050-ci il üçün İspaniya yollarında atmosferə parnik qazları buraxmayan ekoloji təmiz avtomobillər şütüsün. Məhdudiyyətlər benzin və dizellə işləyən avtomobillərdən başqa təbii maye qazla işləyən hibridlərə və avtomobillərə də şamil olunacaq.