Ruhanidən Azərbaycan açıqlaması:


Dünya 19 Noy 2018 20:48:00 283 0

Ruhanidən Azərbaycan açıqlaması:

İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

H.Ruhani diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur. Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq.