Gürcüstanda işsizlik səviyyəsi artıb


Dünya 19 Noy 2018 18:27:00 281 0

Gürcüstanda işsizlik səviyyəsi artıb

Gürcüstanda bu ilin III rübündə işsizlik səviyyəsi 12,2% təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qonşu ölkədə işsizlik göstəricisi rüblük müqayisədə 0,1% artıb.

Gürcüstanda iqtisadi fəallıq səviyyəsi 64,3% təşkil edib. İşsizlik səviyyəsi kişilər arasında 13%, qadınlar arasında isə 11,3 % olub.