İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı


Digərləri 19 Noy 2018 18:09:00 256 0

İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.