Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanıldı
Digərləri 19 Noy 2018 17:40:00 241 0
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində idarə etdiyi avtomobillə Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 18-də saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü, Türkəndi kənd sakini Kənan Məhərrəmov saxlanılıb.
Mənbə: milli.az