Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb


Digərləri 19 Noy 2018 15:57:00 261 0

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

2018-ci il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8 milyard 199,1 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.