Bakıda güllələnərək öldürülən "avtoş" Cabi̇r ki̇mdi̇r? – FOTO


Digərləri 19 Noy 2018 12:55:00 343 0

Bakıda güllələnərək öldürülən "avtoş" Cabi̇r ki̇mdi̇r? – FOTO

Bakıda öldürülən məşhur "avtoş"un fotoları yayılıb.

Son.az a24.az-a istinadən xəbər verir ki, noyabrın 17-si günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində güllələnən "avtoş" Cabirin fotoları yayılıb.

Qeyd edək ki, Şüvəlan qəsəbə sakini 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Hadisədən sonra V.Şərifov polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.


Xəbərə aid fotolar