"Bunu etməsəydim, 300 min cərimə ödəyəcəkdim" Anar


Şou-biznes 19 Noy 2018 12:37:00 308 0

"Bunu etməsəydim, 300 min cərimə ödəyəcəkdim"  Anar

Yeniliklərim haqda danışa bilmərəm. Çünki cərimə oluna bilərəm. Həmin gün səhnəyə çıxmasaydım, 300 min dollar cərimə ödəməliydim. Ona görə də hər şey gizli qalmalıdır.

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. O, bir müddət əvvəl Braziliyada keçdiyi ustad dərslərindən danışıb. Anar eyni zamanda yeni səfərlərini açıqlayıb:  

"Amerika, Dubay və Rusiya olmalıdır. Seçimlər gedir. Mən alışmamışam 1500 nəfərlik auditoriyanın qarşısına çıxam. Bir çoxları bilmirəm nə deyir. Amma bu yaxınlarda canlı karifey Afaq Bəşirqızının müsahibəsini izlədim. Çox gözəl sözlər dedi: Əgər bir artist səhnəyə dikdaban səsi ilə çıxır və qayıdırsa, bu onun bitməsi deməkdir. Amma mən artıq 18 ildir işləyirəm. Karyeramın ən pik nöqtəsindəyəm, alqış səslərini eşidirəmsə, deməli, bu hələ başlanğıcdır".   Keçdiyi dərslərdən aldığı qonorarla bağlı suala isə Ağakişiyev belə cavab verib:

"Maddi tərəfdən də, sadəcə, 5 faiz mənim olur. Qalanları müqavilə imzaladığım şirkətlərin olur. O 5 faiz də bəs edir. O, bəlkə də mənim burada 3-4 aya qazandığım məbləğdir.

Dünyada bu iş üzrə master-class keçən iki şəxs var. Biri Kim Kardaşyanın vizajisti, biri də mən. Biz bir çoxları kimi otellərin restoranında eləmirik. Bu, çox ciddi kampaniyadır və qanunları var.